
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) dünya çempionatında növbəti qələbəsini qazanıb.
BAKU.WS xəbər verir ki, təmsilçimiz xorvatiyalı Matey Mandiçə "tuş"la qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.
Ülvü Qənizadə isə yaponiyalı Rintaro Soqabeyə 9:4 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.
***11:11
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Astanada keçirilən dünya çempionatına inamlı start verib.
BAKU.WS xəbər verir ki, təmsilçimiz təsnifat mərhələsində Cənubi Koreya idmançısı Con Bin Kvonla qarşılaşmada üstün olub.
Digər yunan-Roma güləşçimiz Sərxan Məmmədov da (130 kq) dünya çempionatında inamlı qələbə qazanıb. O, braziliyalı Gilyerme Diası 11:0 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib
***10:33
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu gün Azərbaycanın 6 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.
Ülvi Qənizadə (72 kq) yarışa 1/8 final mərhələsindən start verəcək.
Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində Con Bin Kvonla (Cənubi Koreya) üz-üzə gələcək.
Sərxan Məmmədov (130 kq) isə brazilyalı Gilerme Evangelista Diası sınağa çəkəcək.
4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) finalda iranlı Payam Əhmədi ilə güləşəcək.
Sənan Süleymanov (77 kq) isə qızıl medal uğrunda görüşdə moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.
Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.