Bu gün, 11:48 70

"25.10.25 - 25.10.26. Bir yaş daha... Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur".

AVESTA.AZ xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb.

O, Bakıda yaşadıqlarını belə şərh edib:

"Ötən ilin oktyabrında Bakıda yaşamağa başlayaraq yeni bir macəraya qədəm qoydum. Ev sahibi olmaq da qismət oldu. Allah bunu istəyən hər kəsə nəsib etsin. Hər kəsə evinə rahatlıqla yerləşməyi, doğmaları ilə sağlam, hüzurlu həyat sürməyi də qismət etsin.

Bu il bəzən yoruldum, bəzən də "Görəsən, necə olacaq?" deyə düşündüm. Çalışdıqca öyrəndim. Bir ev qurarkən öz səbrimi və gücümü də tanıdım. İnsan bəzən çətinlik çəkmədən bəzi həqiqətləri dərk edə bilmir. Allahın verdiyi ağlı və düşünmə qabiliyyətini düzgün istifadə etməyi də təcrübə ilə öyrənirmiş. Şər hesab etdiyimizdə xeyir ola bilər, xeyir sandığımız isə bizi sınağa çəkə bilər. Bəzi şeyləri yalnız zaman keçdikdən sonra anlayırıq.

Ən böyük şükürüm ailəmədir... Atam, anam, bacım, yeznəm, qardaşım, gəlinimiz... Bir də dörd dəyərli bacı-qardaş övladım. Ən böyüyü Nazarım həm bacımın qızı, həm ən yaxın dostum, həm də yol yoldaşım... Ən kiçiyimiz Əlirəhmanım, bibisinin quzusu... Hamınızın ən gözəl, ən xoş günlərini görək. Yaxşı ki, varsınız.

Anamla atam mənim də öz ailəmi qurmağımı istəyirlər. Mən də istəyərəm... Amma onlar da bilirlər ki, sevgi olmadan, eşq olmadan bu, mümkün deyil. Niyyətimiz bəllidir. Gələn ilə söz verməyim, amma gəlin, 2027-ci ili gözləyək, görək, əziz sevənlərim.

Bu il sevdiklərimizlə vidalaşdıq...Əmim Efi, nənəmiz Gülşən... Ruhunuz şad, məkanınız cənnət olsun. Yoxluğunuz hiss olunur, sevginiz isə bizimlədir. Ölümü bir oyanış kimi görsəm də, insan səsinizi eşitmək, bir dəfə də olsa yanınızda oturmaq üçün darıxır...

Ağlayacağam ha... Nə isə... Bu gün aldığım nəfəsə, səsimə, sənətimlə sizə çata bildiyim hər günə şükür edirəm. Məni sevən, düşünən, dualarında mənə yer verən hər kəsə ürəkdən təşəkkür edirəm. Sizi sevirəm. Yaxşı ki, varsınız. Birlikdə daha çox gülək, mahnılar oxuyaq, gözəl günlər görək...".

Paylaş

Xəbər lenti

Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Bu gün, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Bu gün, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Bu gün, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Bu gün, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Bu gün, 11:48 Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir Bu gün, 11:48 Murad Əhmədiyev və Sərxan Məmmədovdan dünya çempionatına inamlı start Bu gün, 11:48 Azərbaycanın bir sıra rayonlarına qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb Bu gün, 11:48 "Anamla atam ailə qurmağımı istəyir" Bu gün, 11:48 Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək Bu gün, 10:48 Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb Bu gün, 10:48 "Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera Bu gün, 10:48 Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq Bu gün, 10:48 Unudulmaz sənətkar Müslüm Maqomayevin vəfatından 18 il ötür Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb Bu gün, 09:49 Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 09:48 Səssizcə həyatımıza girən təhlükə: Hər cavabın əvəzində nəyi itiririk? Bu gün, 09:48 Anasının ölümünə görə ağır cəza aldı: Güllünün işi ilə bağlı qərar açıqlandı Bu gün, 09:48 "Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq Bu gün, 01:18 KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır Bu gün, 00:48 Tovuzda bıçaqlanan iki nəfərdən biri ölüb Bu gün, 00:48 Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm" Dünən, 23:48 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb Dünən, 23:48 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub Dünən, 23:48 Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi Dünən, 23:48 CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir Dünən, 22:48 Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır Dünən, 22:48 Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək" Dünən, 22:48 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu Dünən, 22:48 Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb Dünən, 22:48 Sumqayıtda su fontan vurdu Dünən, 22:48 Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Dünən, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Dünən, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Dünən, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Dünən, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Dünən, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Dünən, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Dünən, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Dünən, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Dünən, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Dünən, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Dünən, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Dünən, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Dünən, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR