Dünən, 10:48 153

Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edib.

BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasını izləyib.

Son 98 ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən yeni "Turandot" xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev və rejissoru Elnur İsmayılovdur. Tamaşanın xor hissəsi üzərində xormeyster və Əməkdar artist Sevil Hacıyeva çalışıb. Xoreoqraflar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.

Tamaşada üç fərqli aktyor heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf rollarını müxtəlif solistlər ifa edəcək və dirijor kürsüsündə fərqli maestrolar olacaq.

Oktyabrın 24-də məşhur Kalaf rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və beynəlxalq səhnədə ən tanınmış Azərbaycan opera müğənnilərindən biri olan Xalq artisti Yusif Eyvazov ifa edib. Bu partiya Yusif Eyvazov üçün özünəməxsus vizit kartına çevrilib. Eyni zamanda, bu, məşhur tenorun onu Azərbaycanda ilk dəfə ifa etməsi idi. Elə həmin axşam Turandot rolunu italyan sopranosu Karmen Cannattazio ifa edib və italyan maestro Beatriçe Venezi dirijor kürsüsündə olub.

Yusif Eyvazov tamaşadan əvvəl keçirilən mətbuat konfransında "Turandot" operasının premyerasını tarixi hadisə adlandırıb. Xalq artisti qeyd edib ki, 98 il sonra "Turandot" yenidən Azərbaycan səhnəsinə qayıdır. Rejissor Mikayıl Mikayılov və quruluşçu rəssam Mustafa Mustafayevin təqdim etdiyi bu yeni tamaşa çox yüksək səviyyəyə malikdir. Azərbaycanlı sənətçilərə xarici opera solistləri də qoşulacaq.

Quruluşçu rejissor Mikayıl Mikayılov əlavə edib ki, teatr truppası çox böyük əmək sərf edib. "Ümid edirik ki, tamaşaçılar səylərimizi qiymətləndirəcək və tamaşadan zövq alacaqlar. Bu, teatr mədəniyyətimiz üçün böyük dəyərə malik çox əlamətdar hadisədir", - deyə o bildirib.

"Turandot" Cakomo Puççininin ən məşhur operalarından biridir. Üçpərdəli tamaşa Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Librettonu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə baş tutub.

Bakılı tamaşaçılar operanı ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Bakıdakı premyera Sovet İttifaqında ilk "Turandot" tamaşası olub.

Puççini 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənə qədər "Turandot" üzərində işləyib. Amma məşhur əsərini tamamlamaq ona qismət olmayıb. Operanın son hissəsini Puççininin notları əsasında Franko Alfano tamamlayıb.

Operanın süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi ətrafında cərəyan edir. Qozzininin nağılında olduğu kimi, Turandot bütün namizədləri üç tapmaca ilə sınayır və şərt qoyur ki, düzgün cavab verən adama ərə gedəcək, yanlış cavab verən isə edam ediləcək. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları həll edir və nəhayət, sevgisinin gücünə təslim olan Turandotla evlənir.

Paylaş

Xəbər lenti

Pensiya kapitalının 30 faizi vərəsələrə ödənilə bilər - YENİ AÇIQLAMA Bu gün, 12:53 Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU Bu gün, 12:52 İlham Əliyev Avstriya Prezidentini təbrik edib Bu gün, 12:52 Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb Bu gün, 12:49 Ceyhun Bayramovun Niderland XİN rəhbəri ilə görüşü başlayıb Bu gün, 12:49 Moskvada universitetdə bomba həyəcanı: tələbə və əməkdaşlar təxliyə edildi Bu gün, 12:49 Moskvada PUA hücumları səbəbindən 109 aviareys gecikib və ya ləğv edilib Bu gün, 12:49 Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir Bu gün, 12:49 Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq Bu gün, 12:48 Niderlandın XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib Bu gün, 12:48 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya... Bu gün, 12:48 Bakıda sabah 21° isti olacaq Bu gün, 12:48 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi Bu gün, 12:48 Arabasıyla yolu bağlayıb, sürücüləri dəmirlə hədələyən şəxs saxlanıldı Bu gün, 12:48 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davanın yeni görüntüləri Bu gün, 10:48 Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu Bu gün, 10:48 Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub Bu gün, 10:48 Azərbaycanlı gənc müğənni "Eurovision Song Contest Asia"nin açılışında çıxış edəcək Bu gün, 10:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bütün növ əmək pensiyaları artacaq Bu gün, 10:48 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal Bu gün, 10:48 Aygün Kazımova Zeytun Festivalının bağlanışında çıxış etdi Bu gün, 10:48 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb Bu gün, 10:48 Lula da Silva yenidən Braziliya prezidenti oldu Bu gün, 09:48 Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? Bu gün, 09:48 Uşaqlara zorakılıq, küçələrdə təhlükə: Məsuliyyətsizlik haradan başlayır? Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır Bu gün, 09:48 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı Bu gün, 09:48 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib Bu gün, 09:48 Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 09:48 U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək Bu gün, 08:48 Bakıda iki rayonda qaz olmayacaq Bu gün, 08:48 Həftənin ilk günü paytaxtın bu yollarında sıxlıq yaranıb Bu gün, 08:48 Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? Bu gün, 08:48 Özünü axmaq kimi göstərən dahi: Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi? Bu gün, 08:48 Tibb işçilərinin maaşına 25 faizədək əlavə: Hansı şəxslərə şamil olunacaq? Bu gün, 08:48 Xırdalanda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" Bu gün, 08:48 Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR