Bu gün, 08:48 82

Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb?

Sosial şəbəkələrdə peşə təhsili sistemində bir sıra problemlərin olduğu ilə bağlı iddialar yayılıb. Xüsusilə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan və müsahibələrin qeyri-şəffaf keçirildiyi, namizədlərin seçim prosesindən narazı qaldığı bildirilir.

İddialara görə, işə qəbul prosesindəki problemlər nəticəsində yüzlərlə vakant ştat boş qalıb. Bunun isə tələbələrin tədris prosesinə mənfi təsir göstərdiyi qeyd olunur. Hətta bəzi peşə təhsili müəssisələrində müəllim çatışmazlığı səbəbindən bir neçə qrupun eyni sinifdə birləşdirildiyi iddia edilir.

Narazılıq doğuran digər məsələ isə əməkhaqlarının və tələbə təqaüdlərinin gecikməsidir. Bildirilir ki, müəllimlər, istehsalat təlimi ustaları və texniki işçilər sentyabr ayı üzrə əməkhaqlarını vaxtında ala bilməyiblər.

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, dövlət peşə təhsili müəssisələrində müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi müvafiq qaydalara uyğun həyata keçirilir.

Agentliyin açıqlamasında qeyd olunub ki, prosesin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə işə qəbul mərhələsi təsdiq edilmiş qaydalara uyğun təşkil edilir. Müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan və müsahibələrin qeyri-şəffaf keçirilməsi ilə bağlı daxil olan müraciət və şikayətlər aidiyyəti üzrə araşdırılır və onlara qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır.

Konkret iddialarla bağlı araşdırmaların aparılıb-aparılmadığı və onların nəticələri barədə məlumatın müvafiq araşdırma materialları və rəsmi məlumatlar əsasında təqdim edilə biləcəyi bildirilib.

Agentlikdən, həmçinin, qeyd olunub ki, müəllim vakansiyalarının əksəriyyəti tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə həmin müəssisələrdə çalışan, təhsili və ya əmək stajı müvafiq vakansiyanın tələblərinə uyğun olan müəllim və istehsalat təlimi ustalarına həvalə edilməklə doldurulur.

Vurğulanıb ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, hər yeni tədris ilinin əvvəlində yeni müəllim və usta heyəti, eləcə də şəbəkə məlumatları əsasında əməkhaqlarının müəyyənləşdirilməsi üçün yeni tarifləşmə və dərs cədvəlləri hazırlanır.

Agentliyin məlumatına görə, bu il də müvafiq proses çərçivəsində az sayda peşə təhsili müəssisəsində yalnız yeni işə qəbul olunmuş müəllim və ustaların sentyabr ayının son 15 günü üçün hesablanmış əməkhaqlarının ödənilməsində müəyyən edilmiş qrafikdən kənarlaşma yaranıb.

Bildirilib ki, həmin əməkdaşlara ödəniş məsələsinin oktyabrın 23-dək həll olunması nəzərdə tutulub.

Paylaş

Xəbər lenti

U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək Bu gün, 08:48 Bakıda iki rayonda qaz olmayacaq Bu gün, 08:48 Həftənin ilk günü paytaxtın bu yollarında sıxlıq yaranıb Bu gün, 08:48 Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? Bu gün, 08:48 Özünü axmaq kimi göstərən dahi: Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi? Bu gün, 08:48 Tibb işçilərinin maaşına 25 faizədək əlavə: Hansı şəxslərə şamil olunacaq? Bu gün, 08:48 Xırdalanda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" Bu gün, 08:48 Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Dünən, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Dünən, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Dünən, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Dünən, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Dünən, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Dünən, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Dünən, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Dünən, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Dünən, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Dünən, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Dünən, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Dünən, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Dünən, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR