
Bakıda "Karl Maks" kimi tanınan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, sürücülərdən biri qarşıdan gələn avtomobilə yol vermədən hərəkətini davam etdirib və nəticədə nəqliyyat vasitələri toqquşub.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, ərazidə oxşar səbəblərdən tez-tez yol-nəqliyyat hadisələri baş verir. Bu isə həmin hissədə hərəkət zamanı sürücülərin diqqətli olmasının və yolayrıcında keçid qaydalarına əməl etməsinin vacibliyini bir daha gündəmə gətirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.