
Xəzər dənizinin səviyyəsinin azalması Dağıstanın sahil xəttində ciddi dəyişikliklərə səbəb olub. Su altında qalan bəzi ərazilər üzə çıxıb, bir sıra adalar isə materiklə birləşib.
BAKU.WS xəbər verir ki, bu barədə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov "RİA Novosti"yə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, Dağıstanın faktiki quru sahəsi 2-3 min kvadratkilometr artaraq təxminən 52-53 min kvadratkilometrə çatıb. Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Pıriqunki adalarına artıq avtomobillə getmək mümkündür.
Qeyd edək ki, bu dəyişiklik Dağıstanın inzibati sərhədlərinin genişlənməsi demək deyil. Söhbət Xəzərin geri çəkilməsi nəticəsində yeni quru sahələrinin yaranmasından gedir. Bununla yanaşı, dənizin dayazlaşması sahilyanı ekosistemlər üçün ciddi təhlükə yaradır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.