5-06-2026, 18:48 203

PFL ləğv edilir? - Elxan Səmədov AÇIQLADI

"Klubların öz işlərinə daha peşəkar yanaşaraq oyunlara əvvəlkindən çox azarkeş cəlb etmələrinin böyük faydaları olduğunu düşünürəm. Komandalar daha gözəl futbol sərgiləməyə başlayıblar".

BAKU.WS xəbər verir ki, bu sözləri report-a müsahibəsi zamanı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.

Qurum rəhbəri Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü dəyərləndirib, "Sabah"ın çempionluğuna toxunub. O, həmçinin Peşəkar Futbol Liqasının ləğv olunacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

- Azərbaycan futbolunda daha bir mövsüm arxada qaldı. 2025/2026 mövsümünün yekunları sizin üçün nə qədər gözlənilməz oldu?

- Sürpriz deməzdim, amma iki "cəbhə"də mübarizə, enerji itkisi baxımından çempionluğu və ölkə kubokunu fərqli komandaların qazanacağını düşünürdüm. Bu baxımdan "Sabah" klubu xoş sözlərə layiqdir. I və II Liqada sona qədər mübarizənin getməsi, xüsusən I Liqada bir neçə komandanın gözəl oyunlar nümayiş etdirməsi xoş sürpriz oldu.

- Çoxları belə düşünür ki, son illərin dəyişməz çempionu "Qarabağ"ın son mövsümdə titulsuz qalmasında komandanın Çempionlar Liqasında çox güc itirməsinin də müəyyən rolu oldu. Bu düşüncələri bölüşürsünüz?

- Düşünürəm ki, hər klub yeni mövsüm başlamazdan əvvəl plan qurur, özü üçün prioritetləri müəyyənləşdirir. Məncə, bu sualı "Qarabağ" klubunun nümayəndələrinin cavablandırması daha doğru olardı.

- "Sabah"ın mövsümü "qızıl dubl"la bitirməsi barədə nə deyə bilərsiniz?

- Mən artıq dəfələrlə "Sabah" klubunu "qızıl dubl" münasibətilə təbrik etmişəm, bir daha təbrik etmək istəyirəm. Onlar həqiqətən də əla futbol nümayiş etdirdilər və çempionatın ən güclü komandası olduqlarını meydanda göstərdilər.

- Mövsümün əvvəlində yeri futbolçuların oynadılması ilə əlaqədar təşviq mexanizmi tətbiq edildi. Bununla bağlı durum nə yerdədir?

- AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026 mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra Peşəkar Futbol Liqası tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiq təhlil edilib. Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub "Qəbələ"dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Şamaxı" tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək.

- Əksəriyyətin fikrincə, son illərin ən maraqlı mövsümünü izlədik. Sizcə, bunda legioner limitinin ləğvi nə dərəcədə rol oynadı?

- Həqiqətən bu mövsüm çox maraqlı keçdi. Lakin mən bunu legioner limitinin ləğvi ilə bağlamazdım. Klubların öz işlərinə daha peşəkar yanaşaraq oyunlara daha çox azarkeş cəlb etmələrinin daha böyük rol oynadığını düşünürəm. Komandalar daha gözəl futbol sərgiləməyə başlayıblar. Məsələn, bu mövsüm hər hansı bir oyunun gedişatını və ya hesabını əvvəlcədən bilmək çox çətin idi. Hətta bu oyun çempionatın lideri və autsayderi arasındakı görüşü olsaydı belə. Sürprizlər çox oldu. Komandalar xarakter göstərirdilər. Bu cür fəaliyyət və oyunla, düşünürəm ki, tezliklə komandalar tribunaları doldurmağı bacaracaqlar.

- Ümumiyyətlə, PFL prezidenti olaraq limitin ləğvinin futbolumuza fayda verdiyini düşünürsünüz?

- Mən artıq bu barədə öz fikrimi bildirmişəm. Mən əvvəldən legioner limitinin ləğvinin tərəfdarı deyildim. Çünki düşünürəm ki, bu limitin ləğvi milli komandanın çıxışına mənfi təsir göstərəcək, xüsusilə yaxın iki ildə. Razıyam ki, bu, klublarımızı, xüsusilə də onların Avropa arenasındakı çıxışlarını gücləndirəcək. Düşünürəm ki, klubların nailiyyətləri daha yüksək olacaq. Amma yenə də nəticə çıxarmaq tərəfdarı deyiləm.

- Mövsüm ərzində klublar stadionlarla bağlı ciddi problemlərlə üzləşdilər. Bu məsələ barədə düşüncələriniz necədir? Yeni mövsümdə də eyni problemlə üzləşməmək üçün hansı addımların atılmasını məqsədəuyğun sayırsınız?

- Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bu problem ildən ilə ötürülür. Və bu sahədə nəzərəçarpan irəliləyiş qeydə ala bilməmişik. Yeni stadionların, təlim-məşq bazalarının tikintisi böyük investisiya tələb edir. Təəssüf ki, klublarımızın əksəriyyətinin hazırda belə imkanları yoxdur. Lakin ümid edirik ki, gələcəkdə bu problem həllini tapacaq.

- Son mövsüm ciddi hakim səhvləri ilə də əlamətdar oldu. Bunu nə ilə izah edə bilərsiniz?

- Bəli, təəssüf ki, bu il həm meydanda, həm də VAR-da bir çox hakim səhvlərinin şahidi olduq. Lakin gəlin heç kimi mühakimə etməyək. Mövsümün ortasında Hakimlər Komitəsində kadr dəyişiklikləri həyata keçirildi. Yarım mövsüm ərzində hansısa nəticənin əldə edilməsi mümkün deyil. Nəyisə düzəltmək üçün illər lazımdır. Biz görürük ki, Hakimlər Komitəsinin əməkdaşları işləyir. İndi dəstək olmalıyıq ki, hiss etsinlər ki, onlara inam var, meydanda baş verənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir. Gəlin onlara dəstək olaq.

- PFL-in yeni mövsümlə bağlı hansı planları var? Futbol azarkeşlərini hansı yeniliklərlə sevindirəcəksiniz?

- PFL artıq iyunun 1-də yeni mövsümün hazırlıqlarına başlayıb. Hər şey İcraiyyə Komitəsinin qərarlarından da asılı olacaq. Ona uyğun yeni planlar və addımlar atıla bilər.

- PFL bu yaxınlarda Dünya Liqaları Assosiasiyasına üzv qəbul edildi. Bunun hansı müsbət tərəflərini qeyd edə bilərsiniz?

- Dünya Liqaları Assosiasiyasına üzv olmağımız çox önəmli hadisədir. Bir il ərzində bütün detallarımızla, xərclər, təşkilati məsələlər, əməkdaşların davranışları, bacarıqları, zamanında qərarlar baxımından əsl imtahandan keçdik. Bizi maraqlı bir dönəm gözləyir. Bundan öncə Avropa Liqalarına üzv idik və bu "köhnə qitə"də imkanlar açırdı. İndi isə əhatə dairəmizi genişləndirdik. Avropanın "Böyük beşlik" ölkələrinin və güclü liqalarla yanaşı, məsələn, ABŞ-nin, Yaponiyanın da liqaları ilə təcrübə bölüşə biləcəyik. Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, PFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.

- PFL klubu futzal üzrə I Liqada növbəti dəfə çempion oldu. Komandanın Yüksək Liqada çıxış edəcəyini gözləməyə dəyər?

- Düzünü desək, bizim Yüksək Liqada oynamaq fikrimiz yoxdur. PFL komandası daha çox futbol akademiyası rolunu oynayır. Biz çox şadıq və fəxr edirik ki, komandamızın yetirmələri futzal yığmalarının heyətində çıxış ediblər, dünən minifutbol üzrə Avropa çempionu olan komandanın üzvü Ramiz Çovdarov, Mirmehdi Rzayev vaxtilə bizim komandada oynayıblar. Həmçinin ötən il Azərbaycanda keçirilmiş və komandamızın dünya çempionu olduğu heyətdə də yer alıblar. Onda Ramiz Çovdarov ən yaxşı oyunçu seçilmişdi. Komandanın əsas məqsədi uşaq futbolunun inkişafıdır. Biz əsasən məktəblərdə iş aparırıq, istedadlı, potensiallı uşaqları seçirik, onların məşq etmələri üçün şərait yaradırıq, yarışlar keçiririk. Bir daha vurğulamaq istəyirəm ki, PFL komandası daha çox uşaq futbol akademiyası rolunu oynayır.

- Son dövrlər Əvəzedicilər Liqasının ləğv ediləcəyi ilə bağlı söhbətlər səngimir. Sizcə, bu yarışın təşkilinə ehtiyac var?

- Məncə, bu sualın komandalarda işləyən məşqçilərə verilməsi daha düzgün olar. Biz onlarla əlaqədəyik və təxminən 80%-in fikrincə, Əvəzedicilər Liqasının keçirilməsi lazımdır. Onun məqsədi, təbii ki, yeni oyunçuların yetişdirilməsi, əsas komanda oyunçularının zədədən sonra bərpası və sairdir. Amma məncə, yenə də bu suala məşqçilərin cavab verməsi daha məqsədəuyğun olar.

- PFL-in ləğv ediləcəyi ilə bağlı söz-söhbətlər də yayılıb. Bu məsələ nə dərəcədə realdır?

- Bu şayiələrin işçilərimizin əhval-ruhiyyəsini aşağı salmaq məqsədi daşıdığını başa düşürük. Amma əvvəllər dediyim kimi, bizim peşəkar komandamız var. Mövsümün nəticələrinə əsasən, heç bir çatışmazlığın olmadığını görə bilərsiniz - hər şey planauyğun getdi. Gələcəkdə də belə olacaq. Düşünürəm ki, AFFA prezidenti Rövşən Nəcəf PFL-in ləğvi və ya islahatının gözlənilmədyini deməklə sualları cavablandırıb. PFL-in səlahiyyətlərinin genişləndirilməsi və ya azaldılması mümkündür. Amma çox güman ki, burada müzakirə olunan məsələ, xüsusən də infrastruktur məsələləri ilə bağlı səlahiyyətlərin genişləndirilməsidir.

- Klublarımızı qarşıda avrokuboklarda mübarizə gözləyir. Ayrı-ayrılıqda onların şansları barədə nə deyə bilərsiniz?

- Klublarımızın avrokuboklar şanslarını yüksək qiymətləndirirəm. Ən azı iki klubumuzun Liqa mərhələsində çıxış edəcəyinə böyük ümidlər bəsləyirəm.

- Tezliklə futbol dünyasının nəzərləri Şimali Amerikaya yönələcək. Dünya çempionatında favoritiniz və azarkeşlik edəcəyiniz komandalar hansılardır?

- Bəli, mən də digər futbol azarkeşləri kimi Şimali Amerikadakı növbəti futbol bayramını böyük səbirsizliklə gözləyirəm. 1982-ci ildən Fransa yığmasının azarkeşiyəm və hesab edirəm bu il onların dünya çempionu olmaq şansları çox yüksəkdir.

Paylaş

Xəbər lenti

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48 DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib Bu gün, 10:48 Dilarə Əliyevanın Bodrum istirahətindən GÖRÜNTÜLƏR Bu gün, 10:48 Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA Bu gün, 10:48 Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var Bu gün, 10:48 Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub Bu gün, 10:48 Roza Zərgərlinin aktyor oğlu nişanlandı Bu gün, 10:48 Kənddən çıxdı, milyonların kumirinə çevrildi: "Zita və Gita"nın ulduzunun şöhrət yolu Bu gün, 09:48 Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib Bu gün, 09:48 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ Bu gün, 09:48 UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq Bu gün, 09:48 Nigar Fərhad saxlanılıb Bu gün, 09:48 "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək Bu gün, 09:48 Bakıda üç rayonda işıq olmayacaq Bu gün, 08:48 Çempionlar Liqasında bu klublar mübarizə aparacaq Bu gün, 08:48 Azərbaycanda bu şəxslər vergi və gömrük rüsumundan azaddır - 2033-cü ilədək... Bu gün, 08:48 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR Bu gün, 08:48 Mingəçevir su anbarında balıqçı itkin düşüb Bu gün, 08:48 Yanan maşını öz avtomobili ilə vurub çıxardı Bu gün, 00:48 İrandan xarici jurnalistlərə qarşı ŞOK AÇIQLAMA Bu gün, 00:48 Dostluqda etibarsız hesab edilən bürclər Bu gün, 00:48 Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Dünən, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Dünən, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Dünən, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR