16-06-2026, 10:48 241

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.

BAKU.WS xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunuldu. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olundu.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olundu, ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulandı.

Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edildi, ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirildi.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunuldu, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edildi.

Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Roma Papası XIV Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim etdi.

Paylaş

Xəbər lenti

Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqazdakı dəyişikliklərə yanaşmasını yeniləmir Dünən, 23:48 Zelenski: Belçika ilin sonunadək Ukraynaya üç F-16 verəcək Dünən, 23:48 AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun formalaşmasına əhəmiyyətli töhfə verir" Dünən, 23:48 "Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib Dünən, 23:48 Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ Dünən, 22:49 Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür Dünən, 22:49 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub Dünən, 22:48 Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb Dünən, 22:48 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb Dünən, 22:48 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq Dünən, 22:48 Leyla Əliyeva ailə fotosunu paylaşdı Dünən, 22:48 Bakıda yol təmiri sürücüləri çətin vəziyyətə saldı: "Niyə yayda yox, indi?" Dünən, 22:48 Zabratda kanalizasiya və su problemi yenidən baş qaldırdı: Sakinlər ÇIXILMAZ VƏZİYYƏTDƏ Dünən, 21:48 Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər Dünən, 21:48 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı Dünən, 21:48 Elçin Qasımov: Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür Dünən, 20:48 "Bavariya" Noyerə əvəzləyi tapıb - İngiltərədən transfer edilə bilər Dünən, 20:48 Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib Dünən, 20:48 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı Dünən, 20:48 Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib Dünən, 20:48 Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək Dünən, 20:48 Sürücülər risk altındadırlar: Masazır dairəsi istiqamətində böyük TƏHLÜKƏ Dünən, 20:48 Bakıda dişini çəkdirən qadın xərçəng oldu Dünən, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Dünən, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Dünən, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Dünən, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Dünən, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Dünən, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Dünən, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Dünən, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Dünən, 18:48 Mal əti niyə bahalaşır? Dünən, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Dünən, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Dünən, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Dünən, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Dünən, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Dünən, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Dünən, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Dünən, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Dünən, 17:48 Oktyabrda hava necə olacaq? Dünən, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Dünən, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Dünən, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Dünən, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Dünən, 16:48 637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ Dünən, 16:48 Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR