
ABŞ-nin İrana qarşı yeni sanksiyaları ölkənin mülki aviasiya sektoruna və beynəlxalq hava əlaqələrinə təzyiqi artırıb.
BAKU.WS "Azad İran" "YouTube" kanalına istinadən xəbər verir ki, sentyabrın 8-də ABŞ İranın aviasiya sektoruna dair 36 yeni sanksiya tətbiq edib. Məhdudiyyətlər çərçivəsində 27 İran aviaşirkəti də sanksiya siyahısına salınıb.
Yeni tədbirlər yalnız İran aviaşirkətlərini deyil, onlara yanacaq, texniki xidmət və digər aviasiya xidmətləri göstərən xarici şirkətləri də əhatə edir.
Sentyabrın 23-dən etibarən sanksiyaların təsiri daha geniş hiss olunmağa başlayıb. Azərbaycan, BƏƏ, Oman, İraq və Gürcüstanın da daxil olduğu bir sıra ölkələr İran aviaşirkətlərinin uçuşlarını məhdudlaşdırıb və ya dayandırıb. ABŞ rəsmiləri isə sanksiya tətbiq olunan İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətlərin də məhdudiyyətlərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.