
Rusiyanın Amur vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib.
AVESTA.AZ xarici mətbuata istinadən xəbər verir ki, hadisə Mazanov rayonunda baş verib.
Bildirilir ki, qəza zamanı təyyarənin göyərtəsində 9 nəfər olub. Onlardan biri yaralanaraq xəstəxanaya çatdırılıb.
Hazırda hadisə yerində yanğınsöndürənlər çalışır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.