
ABŞ Müdafiə Nazirliyi İranla bağlı hərbi əməliyyatlar və digər xərclərin qarşılanması üçün Konqresdən əlavə 80 milyard dollar maliyyə ayrılmasını istəyib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ müdafiə nazirinin birinci müavini Stiven Faynberq bu məsələni Konqres üzvləri ilə müzakirə edərək Pentaqonun əlavə maliyyəyə ehtiyac duyduğunu bildirib.
Qeyd olunur ki, Konqres əlavə vəsaiti təsdiqləməsə, Pentaqonun maliyyə ehtiyatları yay aylarında tükənə bilər. Bu halda ABŞ ordusu bəzi proqramları, o cümlədən hərbi təlimləri azaltmaq məcburiyyətində qala bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.