
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanları və sahil bölgələrinə tətbiq edilən dəniz blokadasının ləğv olunduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, CENTCOM-un məlumatına əsasən, qərar ABŞ Prezidenti Donald Trampın göstərişi ilə qəbul edilib.
Bildirilib ki, artıq İran limanlarına daxil olan və ya onları tərk edən gəmilərin hərəkətinə məhdudiyyət tətbiq edilmir və ABŞ hərbi dəniz qüvvələri blokada əməliyyatlarını tamamilə dayandırıb.
Bununla yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin razılaşmanın icrasına nəzarət məqsədilə bölgədə fəaliyyətini davam etdirəcəyi qeyd olunub. CENTCOM vurğulayıb ki, hərbi gəmilər razılaşmanın bütün şərtlərinə əməl olunmasını izləmək üçün regionda qalacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.