9-07-2026, 23:48 178

Azərbaycanın diplomatik gedişi: İsrailin

İsraildə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasına yönəlmiş təşəbbüs regionda siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib.

İsrailin xarici işlər naziri Gideon Saarın irəli sürdüyü təşəbbüsə hökumətin dəstək verməsi Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlər fonunda deyil, həm də Azərbaycanın mövqeyi baxımından diqqət çəkib.

Məsələ Bakıda narahatlıqla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin bu addımını tarixi hadisələrin siyasiləşdirilməsi kimi qiymətləndirərək qərara yenidən baxmağa çağırıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu təşəbbüs reallaşacağı təqdirdə, uzun illər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir göstərə və iki ölkə arasında formalaşmış qarşılıqlı etimada zərbə vura bilər.

Eyni zamanda, Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetlərindən biridir. Bu səbəbdən də Ankara üçün xüsusi həssaslıq daşıyan belə bir məsələdə Bakının Türkiyənin mövqeyinə uyğun davranacağı əvvəlcədən gözlənilən idi. Azərbaycanın reaksiyası da məhz bu strateji yanaşmanın və iki qardaş ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin təzahürü kimi qiymətləndirilir.

Bakının prinsipial mövqeyi İsrail daxilində də diqqətdən kənarda qalmadı. Bir müddət sonra israilli ekspertlər, siyasətçilər və nüfuzlu media orqanlarında hökumətin qərarının məqsədəuyğunluğu ilə bağlı müzakirələr genişləndi. Səslənən fikirlərdə ortaq məqam ondan ibarət idi ki, bu təşəbbüs İsrailin milli maraqlarına xidmət etmir və regiondakı mühüm tərəfdaşlarla münasibətlərə əlavə problemlər yarada bilər. Bir sıra ekspertlər Azərbaycanın irəli sürdüyü arqumentlərin əsaslı olduğunu bildirərək, qərarın yenidən qiymətləndirilməsinin vacibliyini qeyd ediblər.

Müzakirələr tədricən siyasi qərarvermə prosesinə də təsir göstərdi. Nəticədə təşəbbüsün davam etdirilməsi istiqamətində proses dayandırıldı və onun həm hökumət, həm də parlament səviyyəsində irəliləməsinin qarşısı alındı. Bu, Azərbaycanın diplomatik səylərinin konkret nəticə verdiyini göstərən mühüm nümunələrdən biri kimi qiymətləndirilə bilər.

Baş verənlər bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız regional prosesləri izləyən deyil, onların gedişinə təsir göstərə bilən aktora çevrilib. Son illərdə həyata keçirilən balanslaşdırılmış xarici siyasət ölkəyə həm dost, həm də tərəfdaş dövlətlərlə açıq dialoq aparmaq imkanı qazandırıb. İsrail kimi yaxın əməkdaşlıq etdiyi ölkənin qərarına etiraz etməsi və bu etirazın nəticə verməsi Bakının beynəlxalq nüfuzunun, diplomatik çəkisinin və etibarlı tərəfdaş statusunun göstəricisi kimi qiymətləndirilə bilər.

Bu hadisə həm də Azərbaycanın xarici siyasətində prinsipiallığın əsas meyarlardan biri olduğunu ortaya qoydu. Bakı strateji tərəfdaşlıq münasibətlərinə önəm versə də, milli maraqlara və müttəfiqlərinin həssas yanaşdığı məsələlərə toxunan addımlar qarşısında susmadı. Əksinə, konstruktiv dialoq və ardıcıl diplomatik fəaliyyət yolu ilə həm öz mövqeyini müdafiə etdi, həm də yaranmış gərginliyin daha da dərinləşməsinin qarşısını almağa nail oldu.

Paylaş

Xəbər lenti

Yanan maşını öz avtomobili ilə vurub çıxardı Bu gün, 00:48 İrandan xarici jurnalistlərə qarşı ŞOK AÇIQLAMA Bu gün, 00:48 Dostluqda etibarsız hesab edilən bürclər Bu gün, 00:48 Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Dünən, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Dünən, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Dünən, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Dünən, 23:48 Qaza həsrət qalan kənd sakinləri Dünən, 23:48 Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib Dünən, 23:48 Sahibə Qafarova Serbiyaya səfər edəcək Dünən, 22:48 ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib Dünən, 22:48 Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Dünən, 22:48 Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR Dünən, 22:48 "Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 22:48 XİN Nepal-Çin sərhəd bölgəsindəki faciə ilə bağlı başsağlığı verdi Dünən, 22:48 Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 22:48 Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib Dünən, 21:48 Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb Dünən, 21:48 Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb" Dünən, 21:48 "Evdə tək 2" filminin ulduzu vəfat edib Dünən, 21:48 Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb Dünən, 21:48 Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Dünən, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Dünən, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Dünən, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Dünən, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Dünən, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Dünən, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Dünən, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Dünən, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Dünən, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Dünən, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Dünən, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Dünən, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Dünən, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Dünən, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Dünən, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Dünən, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Dünən, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Dünən, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Dünən, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Dünən, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Dünən, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR