
Londonun ICE birjasında sentyabr ayı üçün tədarük ediləcək Brent markalı neft fyuçerslərinin qiyməti 12 iyundan ilk dəfə olaraq bir barel üçün 88 dolları ötüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Brent neftinin qiyməti 4,52% artaraq 88,04 dollar/barelə yüksəlib.
Saat 21:36-da isə Brent markalı neftin qiymətində artım zəifləyib və göstərici bir barel üçün 87,74 dollar təşkil edib (artım 4,17%).
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.