19-07-2026, 19:48 165

Mənzil bazarında bahalaşma gözlənilir?

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb. Palatanın məlumatına görə, 2026-cı ilin aprel ayında paytaxtın daşınmaz əmlak bazarının indeksi 101.8 səviyyəsinə yüksəlib və bu, 2025-ci ilin dekabr ayı ilə müqayisədə 1.8 faiz artımın qeydə alındığını göstərir.

Müşahidə olunan dinamika bazarın sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit, selektiv və fundamental göstəricilərə əsaslanan balanslı inkişaf fazasına keçdiyini təsdiqləyir. Bəs, ilin sonuna qədər mənzil bazarında qiymət sabitliyi davam edə bilərmi? Qiymətlərin sabitləşməsi əmlak bazarına necə təsir göstərəcək?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Mənzil bazarında bahalaşma gözlənilir?

"Artım tempi əvvəlki pik dövrlə müqayisədə nisbətən zəifləyib"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, daşınmaz əmlak bazarı indekslərlə tənzimlənmir. Bazara təsir edən əsas amillər investor davranışı və makroiqtisadi göstəricilərdir: "Ona görə də hazırkı vəziyyəti tam sabitləşmə kimi təqdim etmək doğru deyil. Hazırda qiymət artımı xüsusilə iri infrastruktur layihələrinin icra olunduğu ərazilərdə müşahidə olunur. Köhnə və qəzalı binaların sökülməsi, yeni yaşayış komplekslərinin tikilməsi, abadlıq işləri, park və sosial infrastrukturun yaradılması həmin zonalarda qiymətləri ciddi şəkildə artırır. Məsələn, köhnə bina sökülərək yerində yeni bina inşa olunursa, həmin ərazidə mənzil qiymətləri avtomatik olaraq 40-50 faizə qədər yüksəlir. Çünki investor bazara əvvəlki qiymətlə deyil, kvadratmetri 3 700-3 800 manat civarında olan yeni məhsul çıxarır. Belə layihələr davam etdiyi halda bazarda tam sabitlikdən danışmaq çətindir. Hazırda sadəcə artım tempi əvvəlki pik dövrlə müqayisədə nisbətən zəifləyib. Amma qiymətlər yenə artır. Ötən ilin dekabrı ilə müqayisədə bəzi ərazilərdə artım 5-5.5 faizə çatıb".

Mənzil bazarında bahalaşma gözlənilir?

Sement, armatur, logistika xərcləri, inflyasiya...

Mütəxəssis bildirir ki, daşınmaz əmlak bazarında əsas amillərdən biri torpaq faktorudur. Yeni tikililərin sayı artdıqca şəhərdə boş torpaq ehtiyatı azalır və bu da qiymətlərə birbaşa təzyiq göstərir: "Xüsusilə mərkəzə yaxın ərazilərdə torpaq qiymətləri çox sürətlə artır. Bəzi hallarda torpaq bazarında illik artımın 20 faizə çatacağı gözlənilir. Yeni infrastruktur layihələri, tramvay xətlərinin çəkilməsi, yaşayış komplekslərinin inşası aparılan ərazilərdə bu artım daha kəskin hiss olunur. Məsələn, Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətində yerləşən zonalarda torpaq qiymətləri çox sürətlə bahalaşır. Digər tərəfdən, tikintinin maya dəyəri də artır. Sement, armatur, logistika xərcləri, inflyasiya və əməkhaqlarındakı yüksəliş tikinti sektoruna ciddi təsir göstərir. Şəhərsalma və ekoloji tələblərin sərtləşməsi, yaşıl iqtisadiyyat və dayanıqlılıq prinsiplərinin tətbiqi də əlavə xərclər yaradır. Bütün bunlar satış qiymətlərinə təsir edir. Urbanizasiya prosesi də davam edir. Regionlardan paytaxta axın olduqca mənzilə tələb artır. Bütün bu makroiqtisadi faktorlar fonunda bazarda tam sabitləşmədən və ya qiymətlərin sabitləşməsindən danışmaq real görünmür".

Mənzil bazarında bahalaşma gözlənilir?

"Bazarda əsas dəyişiklik artımın xarakterindədir"

V.Oruc bildirir ki, 2023-2024-cü illərdə müşahidə olunan pik artım tempi bu il olmayacaq: "2025-ci ildən başlayaraq qiymət artımında müəyyən zəifləmə müşahidə olunur və 2026-cı ildə də bu tendensiya davam edə bilər. Amma bu, bazarın sabitləşməsi demək deyil: "Beynəlxalq fondlar və təşkilatlar ilin əvvəlində açıqladıqları proqnozlarda köhnə mənzil fondunun birrəqəmli, yeni tikili seqmentinin isə ikirəqəmli artım göstərə biləcəyini qeyd ediblər. Hazırda bazarda əsas dəyişiklik artımın xarakterindədir. Artım artıq bütün şəhər üzrə eyni templə deyil, daha çox selektiv şəkildə baş verir. Məsələn, böyük urbanizasiya və abadlıq layihələrinin həyata keçirildiyi zonalarda daşınmaz əmlakın dəyəri ciddi şəkildə artır. Premium seqmentdə tikinti xərclərinin yüksək olması səbəbindən qiymət artımı daha sürətlidir. Orta seqmentdə isə artım əsasən ipoteka tələbi hesabına formalaşır və burada illik 7-10 faiz civarında yüksəliş mümkündür".

"Qiymətlərin sabitləşməsi anlayışına ümumi yanaşmaq doğru deyil"

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov deyir ki, sektorda qiymətlərin sabitləşməsi anlayışına ümumi yanaşmaq doğru deyil. Çünki bazar çox geniş seqmentləri əhatə edir: "Buraya mənzillər, fərdi evlər, ticarət obyektləri, müxtəlif təyinatlı torpaq sahələri, istehsalat və ofis sahələri, eləcə də hotellər, klinikalar və iri çoxfunksiyalı əmlak kompleksləri daxildir. Bundan əlavə, regionlar və lokasiyalar üzrə bazar davranışı da fərqlənir. Ona görə də bütün daşınmaz əmlak bazarı üzrə vahid "sabitləşmə"dən danışmaq düzgün yanaşma hesab oluna bilməz".

Mənzil bazarında bahalaşma gözlənilir?

Ekspert bildirir ki, pandemiyadan sonra bütün dünyada olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak bazarında kəskin bahalaşma başladı: "Pandemiya dövründə gözləmə mövqeyində qalan alıcıların bazara qayıtması qısa müddətdə ciddi tələb yaratdı və bu da qiymət artımını sürətləndirdi. Azərbaycanda qiymətlərə əlavə təsir göstərən əsas amillərdən biri işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işlərinin başlaması oldu. Bunun fonunda bəzi strateji tikinti materiallarının qiyməti kəskin yüksəldi. Məsələn, bir ton armaturun qiyməti 780 manatdan 1 200-1 250 manata qədər artdı. Sement və beton məhsullarında da 15-25 faiz bahalaşma müşahidə olundu. 2021-2022-ci illərdə digər tikinti materiallarında da ciddi qiymət artımı qeydə alındı. Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi təsirlər region ölkələrində, o cümlədən Azərbaycanda tikinti xərclərini daha da artırdı. Nəticədə tikinti şirkətləri artan maya dəyəri ilə üzləşdi və bu xərclər birbaşa satış qiymətlərinə transfer olundu".

Paylaş

Xəbər lenti

Bu ölkədə 10 avroya dağ havası satılır Bu gün, 12:48 Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatdı Bu gün, 12:48 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır" Bu gün, 12:48 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Nikolay Baskovun bu psixoloji etirafı gündəm oldu Bu gün, 12:48 Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun Bu gün, 11:48 Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barəsində cinayət işi başlandı Bu gün, 11:48 Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır Bu gün, 11:48 Kamran Bilalovun saxlanılma səbəbi bəlli olub, tiktoker "Çevik"ə qarşı zorakılıq edib Bu gün, 11:48 Agentlik sədrinin müşaviri işdən çıxarıldı Bu gün, 11:48 Yetkinlik yaşına çatmayanı cinayətə sövq etmək necə sübut olunmalıdır? Bu gün, 11:48 Azərbaycanda 1 ildə evlənən 740 kişinin yaşı 60-dan yuxarı olub Bu gün, 11:48 Azərbaycanın ixrac etdiyi neft və qaz bahalaşıb Bu gün, 11:48 Emin Əmrullayev ilk dərs günündə bəzi məktəblərə baş çəkib Bu gün, 10:48 Azərbaycanlı xanəndənin toyu oldu - Məşhurlar məclisə axın etdi Bu gün, 10:48 Zərdabda dəhşətli qəzada yaralanan qadın xəstəxanada öldü Bu gün, 10:48 Qərbi Azərbaycan İcması diplomatların Qarabağa son səfərinə Ermənistanın reaksiyasını pisləyib Bu gün, 10:48 Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ Bu gün, 10:48 Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir Bu gün, 10:48 Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi – 1 il maşın sürə bilməyəcək Bu gün, 10:48 "Facemark" MMC ilə Dalğa FM arasında 14 sentyabr 2026-cı il tarixində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Bu gün, 10:48 Dilarə Əliyevanın nəvəsi birinci sinifə gedir Bu gün, 10:48 Xocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salınıb Bu gün, 09:48 Bu gün bir sıra ərazilərdə işıq olmayacaq Bu gün, 09:48 Paytaxtın 7 prospektində və 11 küçəsində "Yaşıl dalğa" rejimi tətbiq edilir Bu gün, 09:48 Neftimizin qiyməti 127 dolları keçib Bu gün, 09:48 Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər" Bu gün, 00:48 Aylardır qazılan yol niyə bərpa olunmur? Bu gün, 00:48 Azərbaycanda Bilik Günüdür Bu gün, 00:48 Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür Bu gün, 00:48 Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS Dünən, 23:48 Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət Dünən, 23:48 Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək Dünən, 23:48 İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib Dünən, 23:48 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb Dünən, 23:48 "Bilik Günü"ndə Bakı sakinləri tıxaca necə hazırlaşırlar? Dünən, 22:48 Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir Dünən, 22:48 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? Dünən, 22:48 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var Dünən, 22:48 Qərbin bir qərarı dünya müharibəsinə səbəb ola bilər Dünən, 21:48 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza Dünən, 21:48 Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib Dünən, 21:48 Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub Dünən, 21:48 Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb Dünən, 21:48 Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar Dünən, 21:48 İlham Əliyev ona verilən 500 min ABŞ dolları məbləğində mükafatı Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib Dünən, 20:48 Müəllimə gül almaq neçəyə başa gəlir? - Paytaxt mağazalarında son qiymətlər Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR