
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur".
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz "Truth" hesabında yazıb.
"Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarında olduğu müddətdə heç bir şəkildə və ya formada həbs olunmayacaq", - Tramp Nyu-York meri Zöhran Məmdaninin açıqlamalarını şərh edərkən bildirib.
Qeyd edək ki, Məmdani Netanyahunun Nyu-Yorka gələcəyi təqdirdə BCM qərarı ilə saxlanılmasının qanuniliyi ilə bağlı vəkillərlə məsləhətləşdiyini açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.