
ABŞ-nin Texas ştatında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, yeraltı təkanların episentri Spearman şəhərindən təxminən 38 kilometr cənub-şərqdə yerləşib.
Bildirilib ki, zəlzələ 5,7 kilometr dərinlikdə baş verib.
Hadisə nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.