
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndi ərazisində baş verib.
Belə ki, Fərhad Qürbətli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyadalar - 2002-ci il təvəllüdlü Mahir Teyibov və 1998 təvəllüdlü Şahin Tahirovu vurub. Nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.