
Çinin cənubundakı Quanqdon əyalətində təsirini göstərən "Noul" tayfunu səbəbindən yüz minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Bildirilib ki, tayfun Quanqdon əyalətinin Huidun sahillərinə çataraq bölgədə güclü külək və leysan yağışlara səbəb olub.
Əlverişsiz hava şəraiti səbəbindən çoxsaylı qatar reysləri ləğv edilib, aviareyslərin icrasında isə ciddi gecikmələr və fasilələr yaranıb.
Rəsmilər tayfunla əlaqədar fövqəladə vəziyyətə reaksiya səviyyəsinin yüksəldildiyini və təhlükəsizlik məqsədilə 715 mindən çox sakinin təxliyə olunduğunu açıqlayıblar.
Hazırda bölgədə xilasetmə və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.