
Xalq artisti Aygün Kazımova "DreamFest" xalçasında görüntülənib.
BAKU.WS xəbər verir ki, ifaçı tədbirə xüsusi tərzi ilə damğa vurub.
Sənətçi zövqlü geyimi və fərqli saç düzümü ilə diqqət mərkəzində olub.
O bu imici ilə sevənlərini 2000-ci illərə aparıb.
Sənətçi daha sonra "DreamFest" səhnəsində möhtəşəm çıxışı ilə festival iştirakçılarına unudulmaz anlar yaşadıb.
Repertuarına daxil etdiyi "Məclis", "Onun adı nə idi?" və "S.O.S" hitlərini yeni aranjimanda səsləndirib.
Peşəkar rəqqaslarla birlikdə təqdim etdiyi dinamik səhnə şousu, təsirli xoreoqrafiyası və enerjili performansı gecənin ən çox müzakirə olunan məqamlarından birinə çevrilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.