
Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın "KuPS" komandası ilə üz-üzə gələcək.
BAKU.WS xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunun baş hakimi İsraildən olan FIFA referisi Qal Leyboviç olacaq.
"Sabah" ilk oyunda Bakıda rəqibi üzərində 1:0 hesablı qələbə qazanaraq cavab görüşü öncəsi üstünlük əldə edib. Azərbaycan təmsilçisi bu üstünlüyü qorumaqla növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.