31-07-2026, 18:48 0

Ağdam Sənaye Parkında 1230 daimi iş yeri yaradılıb

Ağdam Sənaye Parkına 180 milyon manata qədər investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Ağdam Sənaye Parkına təşkil edilən mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkı rezidentlərin sayı baxımından ölkədə ikinci ən böyük sənaye parkıdır:

"Burada 30 sahibkara rezidentlik, dörd sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu günə kimi sahibkarlar tərəfindən Parka 180 milyon manata qədər investisiya yatırılıb və 1230 daimi iş yeri yaradılıb. Yaradılan iş yerlərində əsasən Ağdam və ətraf rayonların sakinləri çalışırlar. Məlumat üçün qeyd edim ki, hazırda Parkda 12 müəssisə fəaliyyət göstərir, daha 12-nin tikintisi davam etdirilir. Eyni zamanda, 10 müəssisə hazırda layihələndirmə mərhələsindədir. 2026-cı ilin altı ayı ərzində sahibkarlar tərəfindən 976 milyon manatlıq məhsul satışı həyata keçirilib. 42 milyon manatlıq məhsul müxtəlif ölkələrə ixrac edilib".

Ağdam Sənaye Parkında 1230 daimi iş yeri yaradılıb

T.Quliyev qeyd edib ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən BAFCO ayaqqabı fabrikinin də məhsulları bir sıra ölkələrə ixrac olunur. Fabrikdə hazırda 80-ə yaxın əməkdaş çalışır və onların böyük əksəriyyəti Ağdam rayonundan olan keçmiş məcburi köçkünlərdir:

"Hazırda fabrikdə poliuretan 20-yə qədər model üzrə çəkmə və ayaqqabılar istehsal edilir. Burada istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara çıxarılır. Artıq Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstana fabrikin məhsulları ixrac edilir. Yaxın zamanlarda Ağdamda istehsal edilən məhsulların Avropa, Yaxın və Orta Şərq ölkələrinə də ixrac edilməsi gözlənilir".

O əlavə edib ki, Ağdam Sənaye Parkında həmçinin yüksək gərginlikli elektrik dirəklərinin də istehsalı həyata keçirilir:

"Burada yüksək gərginlikli elektrik dirəkləri istehsal olunur və ölkənin bütün bölgələrinə göndərilir. Hazırda müəssisədə Ağdamdan olan 17 keçmiş məcburi köçkün işləyir. Dövlət tərəfindən dəstək verilən müəssisə əsasən Çin istehsalı olan avadanlıqlarla təchiz olunub".

Mediatur çərçivəsində Ağdam Sənaye Parkında elektrik paylayıcı qurğuları istehsal edən fabrikə də baş çəkilib. Bildirilib ki, burada əsasən aşağı və orta gərginlikli elektrik paylayıcı qurğuları istehsal edilir. Bu müəssisədə də çalışanların əksəriyyəti keçmiş məcburi köçkün olan gənc kadrlardır.

T.Quliyev həmçinin məlumat verib ki, Ağdam Sənaye Parkında istehsal edilən divar kağızları yüksək keyfiyyəti ilə seçilir:

"Ağdam Sənaye Parkının rezidenti olan "Mister Decor" MMC işğaldan azad edilmiş ərazilərdə yaradılan ilk sənaye müəssisələrindən biridir. Müəssisə Cənubi Qafqazda divar kağızı istehsalı üzrə ilk ixtisaslaşmış zavoddur. Zavodun illik istehsal gücü 2,1 milyon rulondur və istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac edilir. Hazırda müəssisədə 50-yə yaxın əməkdaş çalışır".

Ağdam Sənaye Parkında fəaliyyət göstərən aşağı və orta gərginlikli elektrik qurğuları istehsal edən müəssisə haqqında məlumat verən T.Quliyev bildirib ki, burada istehsal ən müasir texnologiya əsasında həyata keçirilir və işə qəbul zamanı doğma yurdlarına qayıdan gənc kadrlara üstünlük verilir.

Paylaş

Xəbər lenti

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48 DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib Bu gün, 10:48 Dilarə Əliyevanın Bodrum istirahətindən GÖRÜNTÜLƏR Bu gün, 10:48 Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA Bu gün, 10:48 Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var Bu gün, 10:48 Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub Bu gün, 10:48 Roza Zərgərlinin aktyor oğlu nişanlandı Bu gün, 10:48 Kənddən çıxdı, milyonların kumirinə çevrildi: "Zita və Gita"nın ulduzunun şöhrət yolu Bu gün, 09:48 Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib Bu gün, 09:48 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ Bu gün, 09:48 UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq Bu gün, 09:48 Nigar Fərhad saxlanılıb Bu gün, 09:48 "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək Bu gün, 09:48 Bakıda üç rayonda işıq olmayacaq Bu gün, 08:48 Çempionlar Liqasında bu klublar mübarizə aparacaq Bu gün, 08:48 Azərbaycanda bu şəxslər vergi və gömrük rüsumundan azaddır - 2033-cü ilədək... Bu gün, 08:48 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR Bu gün, 08:48 Mingəçevir su anbarında balıqçı itkin düşüb Bu gün, 08:48 Yanan maşını öz avtomobili ilə vurub çıxardı Bu gün, 00:48 İrandan xarici jurnalistlərə qarşı ŞOK AÇIQLAMA Bu gün, 00:48 Dostluqda etibarsız hesab edilən bürclər Bu gün, 00:48 Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Dünən, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Dünən, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Dünən, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR