
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev özünə yeni köməkçi təyin edib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Şamil Bayramlı təyin olunub. O, yeni təyinatadək qurumun Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunda məsləhətçi işləyib.
Xatırladaq ki, daha əvvəl başçının köməkçisi vəzifəsində İlkin Əmirli çalışıb. O, bu ilin mart ayında işdən çıxarılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.