
İspaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Rodri karyerasını "Barselona"da davam etdirmək qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə futbolçunun agenti Pablo Barkero məlumat verib.
Onun sözlərinə görə, Rodri qərarını şəxsən Madrid "Real"ının rəhbərliyinə çatdıraraq, "Barselona"nı seçdiyini bildirib.
Rodri 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, bu müddətdə 298 oyunda meydana çıxıb, 28 qol vurub və 32 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatının ən yaxşı futbolçusu seçilib. O, turnirdə İspaniya millisinin heyətində keçirdiyi 8 oyunda komandasının çempionluğuna töhfə verib. Son vaxtlar belindən əməliyyat olunan futbolçunun yaxın vaxtlarda transferinin rəsmiləşəcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.