
Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu Bünyatlı kəndi ərazisində kanalda çimərkən boğulub.
Faciəvi şəkildə ölən Muradın fotosunu təqdim edirik:
***19:39
Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün səhər Beyləqan rayonu ərazisindən keçən kanalda bir nəfər batmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.