
Türkiyənin Manisa vilayətinin Kula rayonunda meşə yanınına müdaxilə edilir.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, Seyitali məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə İzmir Meşə Regional İdarəsindən 2 təyyarə, 3 helikopter, 11 yanğınsöndürən maşın və 1 buldozer, həmçinin Manisa Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə qrupları cəlb olunub.
Hazırda yanğının nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.