
Lənkəranda açıq sahədə yanğın başlayıb.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, yanğın günorta saatlarından Lənkəran rayonunun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın moruq sahəsini və kol-kosluq ərazini əhatə edir.
Ərazidə küləkli hava alovun yayılmasına səbəb olub.
FHN-in qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğının lokallaşdırılması və alovun yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.