
ABŞ-ın Virciniya Ştat Universitetində baş verən atışma nəticəsində beş nəfər yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə universitet şəhərciyinin ərazisində baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xidmət aparırlar.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kritikdir.
Atışma ilə bağlı hələlik heç kim saxlanılmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.