
Türkiyənin Kayseri vilayətinin Melikgazi rayonunda ağır yol nəqliyyat hadisəsi yaşanıb.
AVESTA.AZ xəbər verir ki, Cizrədən Ankaraya istiqamətlənən sərnişin avtobusu ilə benzin daşıyan çən toqquşub.
Qəza nəticəsində 35 nəfər yaralanıb. Onlardan 2-sinin vəziyyəti ağır qiymətləndirilir. Yaralılar təcili tibbi yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.
Zərbənin gücündən aşan çəndən yola böyük miqdarda benzin sızıb. Yanğın və patlayış təhlükəsinin qarşısını almaq üçün bələdiyyə briqadaları ərazidə təmizləmə işlərinə başlayıb.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və xilasedici heyət cəlb olunub.
Faktla bağlı rəsmi araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.