Bu gün, 11:50 24

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

Xəzər dənizinin səviyyəsində son illər müşahidə olunan davamlı azalma sahil zonalarına, infrastruktur obyektlərinə, gəmiçiliyə və ekosistemlərə ciddi təsir göstərir.

AVESTA.AZ xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.

Alim qeyd edib ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsinin olmaması onun səviyyəsinin müxtəlif təbii və antropogen amillərin təsiri ilə dəyişməsinə səbəb olur:

"Tarix boyu dənizin səviyyəsində həm kəskin enmələr, həm də yüksəlmələr müşahidə edilib. 2006-cı ildən etibarən isə Xəzərin səviyyəsi ardıcıl olaraq aşağı düşür və 2005-ci illə müqayisədə azalma artıq 2,5 metrdən çoxdur. Müxtəlif geoloji dövrlərdə Xəzərin səviyyəsinin dəyişməsində əsasən tektonik proseslər rol oynayıb. Son minilliklərdə isə iqlim və hidroloji amillərin təsiri daha böyükdür. Hazırda Xəzərin səviyyəsinin dəyişməsi onun su balansı ilə müəyyən olunur. Gəlir hissəsini çayların gətirdiyi su və səthə düşən yağıntılar, çıxar hissəsini isə səthdən buxarlanma və Qaraboğazgöl körfəzinə gedən su təşkil edir".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

S.Səfərovun sözlərinə görə, son bir neçə minillikdə Xəzərin səviyyə dəyişmələrində çay axınının xüsusi əhəmiyyəti var və burada Volqa çayının payı xüsusilə böyükdür: "Volqa hövzəsində ötən əsrin 50-ci illərindən başlayaraq çoxsaylı iri su anbarları yaradılıb və onların ümumi səthi 36 min kvadrat kilometrdən çoxdur. "1980-ci illərdən başlayaraq temperaturun artması ilə əlaqədar su anbarlarının səthindən buxarlanma kəskin artıb. Eyni zamanda, temperaturun yüksəlməsi suya olan tələbatı da artırıb. Sənaye, kənd təsərrüfatı və məişətdə suya tələbatın artması nəticəsində çay axımının formalaşmasına da təsir yaranır". Alim Volqa hövzəsində yağıntıların azalmasının çay axımının azalmasının əsas səbəbi olması barədə fikirlərin düzgün olmadığını da bildirib. Onun sözlərinə görə, aparılan tədqiqatlar son 30–35 il ərzində Volqa hövzəsində yağıntıların miqdarında statistik baxımdan əhəmiyyətli dəyişiklik olmadığını göstərir.

O, Xəzərin çirklənmə mənbələrinin də daha əvvəl geniş şəkildə araşdırıldığını diqqətə çatdırıb: "Avropa layihəsi çərçivəsində çayların, kollektorların və kanalizasiya xətlərinin Xəzərə gətirdiyi çirkləndiricilər tədqiq edilib və nəticələr hesabat şəklində dərc olunub. Hazırda Coğrafiya İnstitutunda Xəzərin səviyyə dəyişmələrinə təsir edən amillər, sahil zonasında baş verən dəyişikliklər və dənizin monitorinqi istiqamətində tədqiqatlar aparılır. Azərbaycanın cənub bölgəsində - Astara, Lənkəran və Masallı rayonları ərazisində çöl tədqiqatları həyata keçirilib. Tədqiqatların əsas məqsədi Xəzərin səviyyəsinin aşağı düşməsi nəticəsində dənizin müxtəlif sahələrdə nə qədər geri çəkildiyini dəqiq müəyyənləşdirmək olub. Bu dəyişiklikləri peyk təsvirləri əsasında və müxtəlif ölçmə üsulları ilə müəyyənləşdirmək mümkündür. Lakin aparılan tədqiqatlarda daha yüksək dəqiqlik əldə etmək üçün santimetr dəqiqliyi ilə ölçmə aparan GPS avadanlığından istifadə olunub. Biz bu cihazı bir günlük icarəyə götürdük və sahə tədqiqatları zamanı müxtəlif ərazilərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə sahilin nə qədər geri çəkildiyini ölçə bildik. Bu ölçmələr bizə daha dəqiq nəticələr əldə etməyə imkan verdi".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin həm kəskin aşağı düşməsi, həm də yüksəlməsi sahil infrastrukturuna təsir göstərir. Dəyişikliklərin ekosistem üçün də mühüm nəticələri var.

Gəmiçilik sahəsində yaranan problemlərə toxunan alim Bakı buxtası və Dübəndi ərazisini nümunə göstərib. Bildirib ki, dənizin dayazlaşması nəticəsində iri gəmilərin sahilə yanaşmasında çətinliklər yaranır və bunun qarşısını almaq üçün mütəmadi dərinləşdirmə işlərinin aparılması tələb olunur. Bu isə əlavə maliyyə və texniki resurslar tələb edir. Xəzərin səviyyə dəyişmələrinin yaratdığı nəticələrin daha geniş və sistemli şəkildə araşdırılması vacibdir. "Hazırda dünyanın müxtəlif ölkələrindən alimlər Xəzərin səviyyəsinin azalması dinamikasını, bunun səbəblərini və gələcəkdə yarada biləcəyi nəticələri öyrənirlər. Əsas məsələ xəritənin hazırlanması deyil. Müasir elmi-texniki imkanlarla Xəzərin sahil xəttində baş verən dəyişiklikləri peyk təsvirləri əsasında xəritələşdirmək mümkündür. Əsas məsələ həmin dəyişikliklərin ölkənin infrastrukturuna, ekologiyasına, dəniz gəmiçiliyinə və dənizdən çıxarılan karbohidrogen yataqlarına real təsirinin müəyyənləşdirilməsidir. Bizim tədqiqatlarımız da məhz bu istiqamətlərə yönəlib".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

O əlavə edib ki, Xəzərin səviyyəsinin növbəti 10–20 il ərzində necə dəyişəcəyinin müəyyənləşdirilməsi və mümkün nəticələrin əvvəlcədən qiymətləndirilməsi həm elmi, həm də praktiki baxımdan mühüm əhəmiyyət daşıyır.

Paylaş

Xəbər lenti

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb Bu gün, 15:48 AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib Bu gün, 15:48 Son yeddi ayda 83 uşaq övladlığa verilib Bu gün, 15:48 "Qarabağ"ın zədəli futbolçularının durumu açıqlanıb, Elvin Cəfərquliyev əməliyyat olunacaq Bu gün, 15:48 Təhsil müəssisələrində çalışmaq istəyənlərin NƏZƏRİNƏ: İşə qəbul müsabiqəsinə start verilir Bu gün, 15:48 Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib Bu gün, 15:48 Ötən il Azərbaycanda 481 körpə ölü doğulub Bu gün, 15:48 Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb Bu gün, 15:48 Bu tarixlərdə temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Xalq artisti Tofiq Bakıxanov dəfn olunub Bu gün, 14:48 Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib Bu gün, 14:48 Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram Bu gün, 14:48 Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ Bu gün, 14:48 Vətəndaşların adlarına saxta şirkətlər açaraq milyonlar mənimsəyən dəstənin məhkəməsi başlayıb Bu gün, 14:48 Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb Bu gün, 14:48 Bakı–Ağstafa qatarlarında yenilik Bu gün, 14:48 Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir" Bu gün, 14:48 7/24 hərəkətdə olan Jeacoo J8 artıq 19 900 km qət edib! Bu gün, 13:48 Adil Kərimli: "Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib" Bu gün, 13:48 Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi başa çatıb Bu gün, 13:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələr 17 milyon manatdan çox rüsumdan azadolma əldə edib Bu gün, 13:48 "Qarabağ" "Tvente" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib Bu gün, 13:48 Mərhum Xalq artistinin abidəsi adi olmayacaq Bu gün, 13:48 Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub Bu gün, 13:48 DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb Bu gün, 13:48 Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir? Bu gün, 12:48 İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü Bu gün, 12:48 Xalq artistinin oğlu: Tofiq Bakıxanov Azərbaycan musiqisinin ən fəal təbliğatçılarından biri idi Bu gün, 12:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA Bu gün, 12:48 DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Bu gün, 12:48 Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var Bu gün, 12:48 Azərbaycanda unikal hadisə: iki sinifin bütün şagirdləri universitetə qəbul oldu Bu gün, 12:48 Xocavənd rayonuna daha 43 ailə yola salınıb Bu gün, 12:48 Sabah Bakıda güclü külək əsəcək Bu gün, 12:48 Azərbaycanda bu pulu 250 manata alırlar Bu gün, 12:48 Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi Bu gün, 11:51 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 11:51 Bakıda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı boğularaq ölüb Bu gün, 11:50 Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər Bu gün, 11:50 Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı Bu gün, 11:50 Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir Bu gün, 11:50 "Yuventus"un futbolçusu Kənan Yıldız ağır zədə alıb Bu gün, 11:49 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi Bu gün, 11:48 İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib Bu gün, 11:48 Bakı metrosunun iş rejimi dəyişdiriləcək Bu gün, 11:48 Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar Bu gün, 11:48 Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb Bu gün, 10:48 AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında daha iki qarşılaşma keçiriləcək Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR