
Konqo Demokratik Respublikasında (KDR) elan edilən 17-ci Ebola epidemiyası nəticəsində təsdiqlənmiş yoluxma hallarının sayı 7 022-yə çatıb. Xəstəlikdən 3 398 nəfər həyatını itirib.
AVESTA.AZ xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 800-dən çox xəstənin karantində müalicəsi davam etdirilir.
Epidemiyanın əsas ocaqlarından biri olan İturi əyalətində məktəblərin tətil sonrası açılması virusun uşaqlar arasında yayılması ilə bağlı narahatlığı artırıb. Məktəblərdə siniflər 30 şagirdlə məhdudlaşdırılıb, təmaslara məhdudiyyət qoyulub və məcburi gigiyena tədbirləri tətbiq edilib.
Səlahiyyətlilər mövcud "Bundibugyo" variantına qarşı təsdiqlənmiş vaksinin və virusu tam müalicə edən dərmanın olmadığını bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.