
2027-ci ildə Azərbaycanda səhiyyə xərclərinin 2 milyard 82,6 milyon manat olması nəzərdə tutulur.
AVESTA.AZ bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,9 % çoxdur.
Səhiyyə xərclərinə icmal büdcədə isə 3 milyard 962,8 milyon manat ayrılması planlaşdırılır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.