
"Sumqayıt" komandası Misli Premyer Liqasında növbəti iki ev matçını "SOCAR Polymer Arena"da keçirəcək.
Bu barədə AVESTA.AZ-ə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildirilib.
Qərar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan renovasiya işləri ilə əlaqədar qəbul edilib.
Çempionatın X turunun "Sumqayıt" - "Şəfa" görüşündən əvvəl stadiona baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.