
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ölkədə hərbi əməliyyatların dayandırıldığını və sabitliyin təmin edildiyini bildirib.
AVESTA.AZ xəbər verir ki, Müttəqi bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra deyib. Onun sözlərinə görə, yaranmış vəziyyət Əfqanıstanın dünya ticarəti üçün tranzit mərkəzinə çevrilməsinə və iqtisadi layihələrdə iştirakına imkan yaradır.
Nazir bildirib ki, son beş il ərzində Kabul digər ölkələrlə əməkdaşlıq baxımından etibarlı tərəfdaş olduğunu göstərib.
Qeyd edək ki, Sergey Lavrov da Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən sonra ölkədə idarəçilik və təhlükəsizlik sahəsində müəyyən nəticələrin əldə edildiyini bildirib. Onun sözlərinə görə, yüzlərlə silahlı şəxs zərərsizləşdirilib və xarici vətəndaşlar, eləcə də diplomatik nümayəndəliklərə qarşı bir sıra terror aktlarının qarşısı alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.