
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən şadlıq evlərindən birinin qarşısında kütləvi dava düşüb.
AVESTA.AZ "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 3-də gecə saatlarında qeydə alınıb.
Məlumata görə, dostlar arasında yaranan mübahisə davaya çevrilib.
Dava zamanı Ceyhun adlı şəxs yıxılarkən başı daşa dəyib. Ağır xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda onun koma vəziyyətində olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.