
07.10.2026-cı il tarixində saat 17:10 radələrində 1959-cu il təvəllüdlü (qadın) və 2022-ci il təvəllüdlü (kişi cinsli) şəxslər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.
***16:37
Oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.