
Şuşa məndə çox xoş təəssürat yaradıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu bu gün ilk dəfə Şuşaya səfər edən rumıniyalı beynəlxalq səyyah Laura İsak (Laura Isac) deyib.
Onun sözlərinə görə, bu, onun Azərbaycana ikinci, Qarabağa isə ilk səfəridir.
"Biz Şuşa şəhərini ilk dəfə gördük. Bura həqiqətən də çox gözəldir. Biz ənənəvi musiqi alətləri muzeyində olduq, gözəl Qafqaz dağlarını gördük", - o bildirib.
O, həmçinin qeyd edib ki, Şuşa qalasını görmək və Şuşa, eləcə də region üçün səciyyəvi olan gül (xarıbülbül - qeyd) haqqında öyrənmək onun üçün maraqlı olub.
"Hələlik təəssüratlar həqiqətən də möhtəşəmdir. Biz burada üç gün keçirəcəyik və bu yeri daha çox görməyi səbirsizliklə gözləyirik", - İsak əlavə edib.
Qeyd edək ki, bu gün məşhur MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.