Bu gün, 14:48 99

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Ağkənd (indiki Ağncadzor) kəndinin tarixi haqqında araşdırma dərc olunub.

AVESTA.AZ xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.

Qeyd olunub ki, Ağkənd - Qərbi Azərbaycanda sovet dövründə Axkənd, Ağncadzor adlandırılan kəndin adı sovet dövründə 1968-ci ilədək Axkənd kimi yazılıb. 1968-ci ildə Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Ağncadzor olaraq dəyişdirilib. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Vayots Dzor vilayətinin tərkibindədir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Naxçıvan xanlığının Dərələyəz mahalının tərkibində olub.

1827-ci ildə Rusiya Naxçıvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub. 1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ağkənd kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 200-dən artıq adam yaşayıb. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 498 nəfər yaşayıb. 1914-cü ildə kənddə 618 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib. Ağkənd sakinlərinin etnik təmizləməyə məruz qalmasını kənddə türk sakinlərin sayının kəskin şəkildə azalması sübut edir. Bu, əvvəlki illərin məlumatları ilə Sovet Ermənistanı əhalisinin 1922-ci il siyahıyaalınması nəticələrini müqayisə etdikdə görünür. 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 106 nəfər yaşayıb. Kənd sonradan Dərələyəz rayonunun tərkibində olub.

Erməni qəzetinin məlumatına əsasən, 1925-ci ildə qəza rəhbərliyinin əmri ilə 145 nəfər azərbaycanlının yaşadığı Ağkəndə qonşu erməni kəndlərindən 155 nəfərə yaxın adam köçürülüb. Erməni mənbələrinə əsasən, 1980-ci illərin sonlarına qədər kənddə azərbaycanlılar və ermənilər birgə yaşayıblar. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. 1879-cu il "Qafqaz haqqında məlumat toplusu"nda qeyd olunur ki, kənddə iki karvansara və mənbədə göstərildiyi kimi, "Sülema adlı biri" tərəfindən tikilmiş qədim qalanın dağıntıları olub.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə tədqiqatçılar tərəfindən XIV əsrə - Hülakülər sülaləsinin hakimiyyəti dövrünə aid edilmiş karvansara aşkar edilib. Hazırda sözügedən abidə erməni mədəni irsinin bir hissəsi kimi təqdim olunur.

Paylaş

Xəbər lenti

Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub Bu gün, 21:48 Bakıda polisllər baş verə biləcək bədbəxt hadisənin qarşısını vaxtında aldılar Bu gün, 21:48 Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib Bu gün, 21:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:48 XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb Bu gün, 21:48 Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir Bu gün, 20:48 "Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir Bu gün, 20:48 TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq Bu gün, 20:48 Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyub Bu gün, 20:48 AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir Bu gün, 20:48 II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər Bu gün, 19:48 Neft qiymətləri yenidən kəskin yüksəlib Bu gün, 19:48 "Baku TV": Prezidentin səfərinin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsidir Bu gün, 19:48 "Baku TV": Azərbaycan-Türkmənistan əlaqələri yeni məhələyə qədəm qoyub Bu gün, 19:48 "Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb Bu gün, 19:48 III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib Bu gün, 18:48 Pensiyalarda yeni indeksasiya: Kimin təqaüdü daha çox artacaq? Bu gün, 18:48 Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb Bu gün, 18:48 TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır Bu gün, 18:48 Bakıda maşın qadın və azyaşlını piyada keçidində vurdu - TƏBİB-dən AÇIQLAMA/ANBAAN VİDEO Bu gün, 17:48 Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb Bu gün, 17:48 Azərbaycandan Gürcüstana qiymətli metal keçirmək istədi - "Qırmızı körpü"də saxlanıldılar Bu gün, 17:48 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib Bu gün, 17:48 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış Bu gün, 17:48 MKA: Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur Bu gün, 17:48 Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başlayıb Bu gün, 17:48 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü Bu gün, 17:48 Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb Bu gün, 17:48 İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib Bu gün, 17:48 Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb Bu gün, 16:48 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi Bu gün, 16:48 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi Bu gün, 16:48 Ət yeməmək kimlər üçün risklidir? - Həkim açıqladı Bu gün, 16:48 Estoniya XİN rəhbəri: NATO Rusiyanın Baltik dənizinə çıxışını saatlar ərzində bağlaya bilər Bu gün, 16:48 Yol polisi dəhşətli qəzada xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb - ANBAAN VİDEO Bu gün, 16:48 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? Bu gün, 15:48 Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verilib Bu gün, 15:48 Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb Bu gün, 15:48 Dövlət Statistika Komitəsinə yeni TƏYİNAT - SƏRƏNCAM Bu gün, 15:48 TƏBİB-in informasiya sistemlərində problem yaranıb - RƏSMİ CAVAB Bu gün, 15:48 Məşhur Hindistan aktyoru 75 yaşında vəfat edib Bu gün, 14:48 Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar Bu gün, 14:48 Avropa Komissiyası: Qaz və "yaşıl enerji" Aİ və Azərbaycan əməkdaşlığının mərkəzində qalacaq Bu gün, 14:48 Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub Bu gün, 14:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Ağkəndin deportasiya və etnik təmizləmə tarixi Bu gün, 14:48 AİİB Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılmasını təsdiqləyib Bu gün, 14:48 Tovuzda sosial şəbəkələrdə təhqirə görə 7 min manat mənəvi ziyan ödəniləcək Bu gün, 13:48 Binədə qətl törədən şəxsə məhkəmə 16 il 6 ay cəza verdi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR