
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan lideri Şavkat Mirziyoyevlə görüşüb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsini, ikitərəfli münasibətlərin və regionda əməkdaşlığın inkişafını müzakirə ediblər.
Berdiməhəmmədovla görüşdə siyasi və ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, həmçinin Ermənistan-Türkmənistan münasibətlərinin digər məsələləri müzakirə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.