
Biləsuvar rayonunda zəncirvari yol qəzası baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayondan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.