
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının Sinqapur Qran-prisində birinci yeri tutub.
AVESTA.AZ xəbər verir ki, yarışda ikinci yeri "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler, üçüncü pilləni isə "Mercedes"in italiyalı sürücüsü Kimi Antonelli tutub.
Bu qələbə Ferstappen üçün mövsümdə ardıcıl ikinci uğur olub. Dördqat dünya çempionu karyerasında ilk dəfə Sinqapur Qran-prisinin qalibi adını qazanıb.
Ümumi sıralamada 340 xalla Kimi Antonelli liderdir. "Mercedes"in britaniyalı pilotu Corc Rassell 238 xalla ikinci, "Ferrari"nin sürücüsü Lyuis Hemilton isə 229 xalla üçüncü yerdədir.
Konstruktorlar kubokunda "Mercedes" 578 xalla birinci, "Ferrari" 444 xalla ikinci, "McLaren" isə 339 xalla üçüncü pillədə qərarlaşıb.
Çempionatın növbəti mərhələsi olan ABŞ Qran-prisi oktyabrın 23-dən 25-dək Texas ştatının Ostin şəhərində keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.