
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə qarşı hücumları qarşılıqlı şəkildə dayandırmaq barədə razılığa gəldiyini bildirib.
AVESTA.AZ xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
"Bu andan etibarən Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji atəşkəsi qüvvədədir. Hər iki tərəf razılaşıb. Onu pozmayın!", – deyə ABŞ lideri yazıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.