
Londonun ICE birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 2026-cı il mayın 5-dən bəri ilk dəfə bir barel üçün 114 dolları ötüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hərracların nəticələri göstərir.
Bakı vaxtı ilə saat 05:52-yə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 0,78% artaraq bir barel üçün 114,05 dollar təşkil edib.
Saat 06:01-də isə artım sürətlənərək 1,37%-ə çatıb və qiymət 114,72 dollara yüksəlib.
Eyni zamanda, noyabrda tədarük ediləcək "WTI" markalı neftin fyuçerslərinin qiyməti 3,93% artaraq bir barel üçün 100,97 dollara çatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.