Bu gün, 12:48 92

Azərbaycanda

"Mənzil-istismar sahələrinin (JEK-lərin) fəaliyyəti və ümumilikdə yaşayış binalarının idarə edilməsi sistemi yenidən nəzərdən keçirilməlidir. Bu strukturların yerində daha kompakt fəaliyyət göstərən xidmət müəssisələrinin yaradılması təklif olunsa da, düşünürəm ki, məsələ yalnız qurumların adını və ya təşkilati formasını dəyişməklə həll olunmamalıdır".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, əsas məqsəd səlahiyyətləri dəqiq bölüşdürmək, paralel idarəetmə strukturlarını aradan qaldırmaq və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq olmalıdır:

"Azərbaycanda bələdiyyələr mövcuddur və onlar seçki yolu ilə formalaşan yerli özünüidarəetmə orqanlarıdır. Buna baxmayaraq, onların maliyyə imkanları və səlahiyyətləri bir çox hallarda əhaliyə geniş xidmətlər göstərməyə imkan vermir. Mənzil-istismar sahələri ilə bələdiyyələrin fəaliyyət istiqamətləri arasında müəyyən oxşarlıqların olması isə idarəetmədə səlahiyyət bölgüsü məsələsini gündəmə gətirir.

Hesab edirəm ki, JEK-lərin indiyədək həyata keçirdiyi funksiyaların hansı hissəsinin bələdiyyələrə ötürülə biləcəyi araşdırılmalı, bu qurumların real səlahiyyətləri və maliyyə imkanları artırılmalıdır.

Digər mühüm məsələ vətəndaşların ödədikləri vəsaitin qarşılığında adekvat xidmət almasıdır. Yaşayış binalarının saxlanılması, liftlərin istismarı və digər kommunal xidmətlərlə bağlı ödənişlər insanların ailə büdcəsinə təsir göstərir. Vətəndaş ödədiyi vəsaitin hara yönəldiyini bilməli və bunun müqabilində keyfiyyətli xidmət görməlidir. Əgər hər hansı qurumun saxlanılmasına vəsait ayrılırsa, həmin qurumun fəaliyyəti, əməkdaşlarının real iş yükü və göstərilən xidmətlərin nəticələri də şəffaf şəkildə qiymətləndirilməlidir".

AQC sədri əlavə edib ki, bu sistemdə mümkün səmərəsizliklərin, ştatların və xərclərin əsaslı təhlilinə ehtiyac var. İdarəetmə strukturlarının saxlanılması özlüyündə məqsəd olmamalıdır:

"Əsas meyar əhaliyə xidmətin keyfiyyəti, xərclərin əsaslandırılması və ayrılan vəsaitin səmərəli istifadəsi olmalıdır.

Mənim təklifim köhnə mənzil-istismar sisteminin mərhələli şəkildə ləğv edilməsi və onun funksiyalarının müvafiq maliyyə təminatı ilə bələdiyyələrə ötürülməsi imkanlarının nəzərdən keçirilməsidir. Bunun üçün əvvəlcə bələdiyyələrin büdcə mənbələri genişləndirilməli, onların səlahiyyətləri konkretləşdirilməli və fəaliyyətlərinə ictimai nəzarət gücləndirilməlidir. Eyni zamanda, binaların idarə olunmasında sakinlərin iştirakını təmin edən mexanizmlər də yaradılmalıdır.

Müasir idarəetmənin əsas prinsipi odur ki, səlahiyyət, məsuliyyət və maliyyə təminatı bir-birindən ayrı olmamalıdır. Bələdiyyəyə müəyyən vəzifə verilirsə, həmin vəzifəni yerinə yetirmək üçün resurslar da ayrılmalıdır. Eyni işi görən bir neçə qurumun saxlanılması əvəzinə, vətəndaş qarşısında konkret məsuliyyət daşıyan, fəaliyyəti şəffaf və hesabatlı olan idarəetmə modeli formalaşdırılmalıdır.

Nəticədə məqsəd sadəcə JEK-ləri ləğv etmək deyil, yaşayış binalarının idarə edilməsini daha səmərəli təşkil etmək, bələdiyyələrin rolunu gücləndirmək və vətəndaşların ödədikləri vəsaitin qarşılığında keyfiyyətli xidmət almasını təmin etmək olmalıdır".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək" Bu gün, 13:49 Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək Bu gün, 13:49 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Bu gün, 13:49 Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb Bu gün, 13:49 Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb Bu gün, 13:48 Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub" Bu gün, 13:48 Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb Bu gün, 13:48 Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb Bu gün, 13:48 Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama Bu gün, 12:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı Bu gün, 12:48 Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər Bu gün, 12:48 TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb Bu gün, 12:48 Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur Bu gün, 12:48 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir Bu gün, 12:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Bu gün, 12:48 Migel Anxel Moratinos: "Dinlər bu gün planetimizdə yaşayan 8 milyard insanın qayğısına qalır" Bu gün, 12:48 Bakı növbəti nüfuzlu tədbirə ev sahibliyi edir Bu gün, 12:48 Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF: Kimlər daha tez pensiyaya çıxa bilər? Bu gün, 11:48 Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi Bu gün, 11:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü Bu gün, 11:48 Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq Bu gün, 11:48 İlham Əliyev Çex Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? - VACİB AÇIQLAMA Bu gün, 11:48 Bu ərazidə yeni məktəb tikiləcək - 5,5 milyon manat ayrılır Bu gün, 11:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək Bu gün, 10:48 Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb Bu gün, 10:48 Bakıda mikromobillik zolaqlarının uzunluğu 68 kilometrə çatdırılıb Bu gün, 10:48 Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı! Bu gün, 10:48 Prezident İƏT-ə üzv dövlətlərin korrupsiya orqanlarının rəhbərlərinin iclasına müraciət ünvanlayıb Bu gün, 10:48 İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir Bu gün, 10:48 Prezident: İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb Bu gün, 10:48 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı Bu gün, 09:48 Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı Bu gün, 09:48 Bəzi rayonlarda işıq olmayacaq Bu gün, 09:48 Dünyanın ən yaraşıqlı kişisi seçildi Bu gün, 09:48 "Neftçi" FIBA Avropa Kubokunun müntəzəm mövsümündə dördüncü oyununa çıxacaq Bu gün, 09:48 Xırdalanda maşının təkəri lükə düşdü Bu gün, 09:48 Xalq artistinin oğlu Çində Ali təhsil alır Bu gün, 09:48 "Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb Bu gün, 08:48 Bakıda 4 rayonda işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi? Bu gün, 08:48 Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU Bu gün, 08:48 Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər Bu gün, 08:48 Bakıda selin dağıtdığı körpünün yerində yenisi İNŞA EDİLDİ Bu gün, 08:48 Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR