
Yasamal rayonunda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni detallar məlum olub.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, həyatını itirən Gülər Dadaşovanın anası 3 il əvvəl qəzada həyatını itirib. Onun atası Salyanda yaşayır. Gülər burada xalası ilə birgə yaşayırmış.
Şahidlərin sözlərinə görə, o, hadisədən öncə anasının şəklinə baxaraq onun yanına getmək istədiyini, sinif yoldaşlarına özünü öldürəcəyini deyib.
*** 11:03
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.
Hadisə nəticəsində şagird həyatını itirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.