
Yaponiya 2022-ci ildə Ukraynaya kömək üçün təxminən 210 milyard yen (təxminən 1,6 milyard dollar) ayırıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Kyodo məlumat yayıb.
Agentliyin materialında bu rəqəmin Tokionun son bir ildə inkişafa rəsmi yardım istiqamətində gördüyü işlərin yekunlarına dair sənəddə göstəriləcəyi vurğulanır.
Bu məbləğə birbaşa Ukraynaya köçürülən vəsait, avadanlıq və humanitar yardımlar, habelə qaçqınları qəbul edən qonşu ölkələrə göstərilən yardımlar daxildir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.