6-04-2023, 19:30 698

Azərbaycan Avropa Şurasının daha bir mühüm müqaviləsinə qoşulub

Azərbaycan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına qoşulub.

"AVESTA.AZ" xəbər verir ki, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının müvafiq sorğuların elektron qaydada göndərilməsini, dindirmələrin videokonfrans vasitəsilə aparılmasını, Konvensiyanın əhatə dairəsinin genişləndirilməsini və s. məsələləri özündə ehtiva edən İkinci Əlavə Protokolunun cinayətkarlıqla mübarizədə səmərəliliyin və operativliyin artırılmasında əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.

Bununla əlaqədar dövlətimiz adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində Avropa Şurası Baş katibinin müavini Byorn Berqenin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.

Sonra keçirilmiş görüşdə ədliyyə naziri tərəfindən Avropa Şurası ilə əməkdaşlıqda ölkəmiz üçün 2022-2025-ci illər üzrə qəbul edilmiş Fəaliyyət Planının implementasiyası çərçivəsində Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar, habelə məhkəmə sistemində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və yeniliklər barədə verilmiş məlumat maraqla qarşılanıb.

Baş katibin müavini B.Berqe Avropa Şurasının ölkəmizlə əməkdaşlığının yüksək səviyyəsini qeyd edərək may ayında Avropa Şurası tərəfindən üzv dövlətlərin başçılarının Sammitinin keçiriləcəyini bildirib.

Söhbət zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızın Ermənistan tərəfindən büsbütün minalanmasına toxunularaq mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının həlak olduğu və ya yaralandığı bildirilib, bununla bağlı ANAMA tərəfindən hazırlanmış xüsusi kitab təqdim edilib.

Səfər çərçivəsində Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Liri ilə ikitərəfli görüş keçirilib.

Azərbaycan və Avropa Məhkəməsi arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verilib. Həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq normaların, o cümlədən Məhkəmənin presedent hüququnun tətbiqinə xüsusi önəm verildiyi bildirilib, bu məqsədlə bir çox milli təlimçilərin hazırlanması, hakimlərin, hakimliyə namizədlərin və digər hüquqşünasların tədrisində beynəlxalq ekspertlərin, o cümlədən Avropa Məhkəməsi hakimlərinin iştirakı, həmin Məhkəməyə tədris səfərlərinin faydası qeyd edilib. Avropa Məhkəməsinə uzun müddət ezam olunan hakimlərimizin beynəlxalq təcrübəyə yiyələnməsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda Avropa Məhkəməsinin qarşısında duran çağırışlar, o cümlədən yüksək iş yükü və bu problemin həlli yolları barədə fikir mübadiləsi aparılıb, digər maraq doğuran məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov iştirak ediblər.

Paylaş

Xəbər lenti

Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb Bu gün, 21:48 SOCAR neftçiləri təbrik edib Bu gün, 21:48 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib Bu gün, 21:48 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir" Bu gün, 21:48 Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib Bu gün, 20:48 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb Bu gün, 20:48 Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər Bu gün, 20:48 3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb Bu gün, 20:48 Əməkdar artist Sevda Məmmədzadə vəfat edib Bu gün, 20:48 İçməli su ilə bağlı XOŞ XƏBƏR - Bu ərazilərdə... Bu gün, 19:48 Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 19:48 Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb Bu gün, 19:48 DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Bu gün, 18:48 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək Bu gün, 18:48 Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik? Bu gün, 18:48 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Bu gün, 18:48 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət Bu gün, 18:48 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Bu gün, 18:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Bu gün, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Bu gün, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Bu gün, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Bu gün, 17:48 Nizami rayonunda kanalizasiya problemi Bu gün, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Bu gün, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Bu gün, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Bu gün, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Bu gün, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Bu gün, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48 Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR