
Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, şəhərin Sülh prospektində hərəkətdə olan 6 avtomobil toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdrıma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.