20-04-2023, 13:57 772

Quba və Qusar sakinləri üçün Həkim Məsləhət Komissiyası yaradılıb

Quba və Qusar sakinləri üçün Həkim Məsləhət Komissiyası yaradılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli və idarənin digər məsul şəxsləri, xarici tibb nümayəndə heyəti və media nümayəndələri Qubaya səfər ediblər.

Səfər çərçivəsində tədbir iştirakçıları burada yaradılan şərait və komissiyanın işinin təşkili ilə yaxından tanış olublar.

Səfərin məqsədi media heyətini və Litvanın Milli Tibbi Sığorta Fondu (Tvininq layihəsinin) nümayəndələrini əlilliyin qiymətləndirilməsində vətəndaşların əyani baxışdan keçirilməsi qaydası, bu məqsədlə tibb müəssisəsində yaradılmış şərait və görülən işlərlə tanış etməkdir.

Jurnalistlərin suallarını cavablandıran H.İbrahimli bildirib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür: “Növbəti tədbir pilot layihənin icrası ilə bağlıdır. Layihənin əsas məqsədi tibb müəssisələrində Həkim Məsləhət Komissiyalarının işini təkmilləşdirmək, göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq və vətəndaş məmnunluğunu təmin etməkdir”.

H.İbrahimli vurğulayıb ki, layihənin icrasına ilkin olaraq Quba Rayon Mərkəzi Xəstəxanasında başlanılıb: “Həkim Məsləhət Komissiyasının fəaliyyəti xəstəxanaya müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərinin, qoyulmuş diaqnozların düzgünlüyünə nəzarət etmək, 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğunluğu yoxlamaq üçün vətəndaşın yerində əyani müayinəsini aparmaqdan ibarətdir”.

Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov deyib ki, vətəndaşların həkim məsləhət komissiyası tərəfindən qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün xəstəxanada qəbul və müvafiq otaqlar ayrılıb: “Müayinə otaqları bütün lazımi avadanlıqlarla - elektrokardioqrafiya, exokardioqrafiya, bronxoskopiya, portativ rentgen, ultrasəs müayinə təchiz edilib.

Quba və Qusar sakinlərinin əlillik məsələləri üzrə müraciətləri ilə bağlı həftəlik xüsusi qəbul günləri tərtib edilib. Burada həftə ərzində 70-100 vətəndaşın müraciətlərinə baxılır, mövcud sənədlər nəzərdən keçirilir, vətəndaşlar yerində müayinə olunur və müvafiq qərarın qəbulundan sonra toplanmış sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilir”.

Həmçinin tədbirdə qeyd edilib ki, layihə çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların rahatlığı və məlumatlara əlçatanlığı məqsədilə kompüter və monitorlar quraşdırılıb. Bu qurğular vasitəsilə vətəndaşlar yeni təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarları və müvafiq meyarlar üzrə gərəkli olan müayinələrin siyahısı ilə tanış ola bilirlər.

Paylaş

Xəbər lenti

Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Bu gün, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Bu gün, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Bu gün, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Bu gün, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Bu gün, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Bu gün, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Bu gün, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Bu gün, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Bu gün, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Bu gün, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Bu gün, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Bu gün, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Bu gün, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Bu gün, 18:48 57 yaşlı müğənni vəfat etdi Bu gün, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Bu gün, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Bu gün, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Bu gün, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Bu gün, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Bu gün, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Bu gün, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Bu gün, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Bu gün, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Bu gün, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Bu gün, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Bu gün, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Bu gün, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Bu gün, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Bu gün, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Bu gün, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Bu gün, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Bu gün, 15:48 Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Bu gün, 15:48 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış Bu gün, 14:48 Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? Bu gün, 14:48 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb Bu gün, 14:48 Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb Bu gün, 14:48 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər? Bu gün, 14:48 Xəbərdarlıq: Leysan yağacaq, şimşək çaxacaq Bu gün, 14:48 Abşeron Gənclər şəhərciyində yolu su basıb Bu gün, 14:48 Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar Bu gün, 13:48 Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub Bu gün, 13:48 77 nömrəli avtobusda dava - Sərnişin sürücüyə hücum etdi Bu gün, 13:48 Hamamda elektrik cərəyanı vurub öldürdü Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR