20-06-2023, 14:24 591

Azərbaycan XİN başçısı Londonda keçirilən “Caspian Connectivity” konfransında iştirak edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxış edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

O çıxışında müstəsna coğrafi mövqeyi olan Xəzər regionunun yaratdığı əvəzedilməz imkanlardan bəhs edib. Bu gün Mərkəzi Asiyadan, Xəzər dənizindən və daha sonra Qafqazdan keçən nəqliyyat marşrutlarının əhəmiyyətinin daha da artdığını vurğulayıb. Azərbaycanın nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə diqqət yetirildiyini, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrinin təşviq olunduğunu bildirib.

Çıxışında nazir Ceyhun Bayramov həmçinin Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu və Trans-Qafqaz fiber-optik kabel layihəsi kimi bir sıra digər regional əlaqələndirmə layihələrinin reallaşdırılmasında fəal təşəbbüskar və etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.

C.Bayramov ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib. Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfindən kommunikasiyaların açılmasına törədilən çətinliklər diqqətə çatdırılıb.

Nazir ölkəmizin bir sıra ölkələrlə regional əməkdaşlığın genişləndirilməsi üçün təşəbbüslər irəli sürdüyünü bildirib. Bu xüsusda, Türkiyə, Qazaxıstan və Özbəkistan ilə sıx əməkdaşlıqda üçtərəfli formatlar çərçivəsində görülən işlərdən və imzalanmış mühüm sənədlərdən bəhs edib.

Çıxışda həmçinin Aİ və Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlıqdan bəhs olunaraq, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan Qara dəniz sualtı kabel layihəsinin işə salınmasının regional enerji xəritəsini yenidən müəyyənləşdirəcəyinə və iştirakçı dövlətlərdə enerji sahəsində keçidi sürətləndirəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın Xəzər dənizinin öz hissəsində böyük dəniz külək potensialından, bu xüsusda elektrik enerjisinin Avropaya potensial ixrac yollarından, Asiya ilə Avropa arasında yeni əlaqə marşrutu yaratmaq məqsədi daşıyan rəqəmsal dəhliz olan “Rəqəmsal İpək Yolu”nun yaradılmasını nəzərdə tutan “Azerbaijan Digital Hub” layihəsindən söz açılıb.

XİN başçısı çıxışında Ermənistanla bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açıldığını bildirib.

Azərbaycanın regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etmək əzmində olduğunu, regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda marağını qeyd edib. Bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edilib.

C.Bayramov tədbir zamanı iştirakçıların suallarını cavablandırıb.

13:10

Azərbaycanın xarici işlər naziri (XİN) Ceyhun Bayramov “Caspian Connectivity” konfransında çıxış edir.

"Report" xəbər verir ki, konfransı Londondakı Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) təşkil edib.

Qeyd edək ki, Ceyhun Bayramov iyunun 19-dan Böyük Britaniyada işgüzar səfərdədir.

Paylaş

Xəbər lenti

Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb Bu gün, 09:48 Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı Bu gün, 09:48 UEFA Millətlər Liqası: Azərbaycan yığması Litva millisi ilə qarşılaşacaq Bu gün, 09:48 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 09:48 Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48 Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı Dünən, 23:48 Bakda daha bir şəhidimizin xatirəsi anılıb Dünən, 22:48 Azərbaycanlı akrobatlar dünya çempionu oldular Dünən, 22:48 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI Dünən, 22:48 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb Dünən, 22:48 Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Dünən, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Dünən, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Dünən, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Dünən, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Dünən, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Dünən, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Dünən, 20:48 Politoloq: Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması sərhədlərimizə nəzarəti təmin etdi Dünən, 20:48 Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı" Dünən, 19:48 Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb" Dünən, 19:48 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq Dünən, 19:48 Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!" Dünən, 19:48 Tramp "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb Dünən, 18:49 RİNN, AZCON Holding və "Franklin Templeton" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Dünən, 18:49 Vətən müharibəsinin xüsusi təyinatlısı: "Bizi minaatanla vururdular" Dünən, 18:49 Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib Dünən, 18:49 Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü Dünən, 18:48 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq Dünən, 18:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR